06.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Sarov kənd Diyarşünaslıq Evində "Zəfər səlnaməsini yazan Azərbaycan" adlı dəyirmi masa təşkil edilmişdir.
Keçirilən tədbirdə Sarov kənd Diyarşünaslıq Evi, Kitabxana Filialı, Dəyirmanlar kənd Mədəniyyət Evinin kollektivləri, Sarov Kənd Iədü Nümayendeliyi, Rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev, Cəmiyyət sədrləri Orxan Əliyev, Namiq Məmmədov, Dəliməmmədli şəhərindən və Yəhərçi Qazaxlar kəndindən olan 44 günlük Vətən Müharibəsinin eyni zamanda 1-ci Qarabağ müharibəsinin Sarov kəndindən olan Şəhid ailələri, Qazilər və ictimaiyyət nümayəndələri iştrak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə iştrak edən Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verilərək, Şəhidlərimizə uca Allahdan rəhmət, ailələrinə səbirli olmaqlarını bildirdilər.
Tədbiri açıq elan edən Elçin Tağıyev iştirakçıları bütün qaziləri və şəhid ailələrini 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edərək onlara xoş arzularını ifadə edib.
Bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini zamanın tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, dərin düşüncəsi, uzaqgörən siyasi strategiyası, sarsılmaz qətiyyəti, yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyinin, dəyanətinin və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur.Ölkəmizin dinamik tərəqqisində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir deyə Elçin Tağıyev bildirmişdir.
Çıxış edən Goranboy rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Əliyev tıdbirdə iştrak edən Şəhid ailələrinə səmimi minnətdarlığını bildirdi.
Təsadüfi deyil ki, dövlətimizin başçısının 2018-ci il prezident seçkisindən sonra imzaladığı ilk Fərman da şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təzahürüdür deyə Arzu Əliyev bildirmişdir.
Tədbirdə iştrak edən Şəhid ailə üzvüləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz təşəkkürlərini ifadə etdilər.
Tədbirdə iştrak edən 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsinin Şəhid ailələrinə Xarı Bülbülün Xatirə Tablosunun təqdimat mərasimi keçirilmişdir.
Sonda Şəhid anaları "Zəfər tortu" nu kəsmış, Tədbir uşaq bağçası və məktəblilərin hazırladıqları vətənpərvərlik mövzusunda şeirlərlə davam etdirildi.