Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfərdən doğan qələbən Mübarək Azərbaycan” adlı tədbir keçirilib

06.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Səfikürd kənd Sənətkarlıq Evində Veyisli kənd Sənətkarlıq Klubu və Məşədiqaralar kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfərdən doğan qələbən Mübarək Azərbaycan" adlı tədbir keçirilib.

Tədbirdə Səfikürd Kənd İcra Nümayəndəliyi, Bələdiyyə sədri, Səfikürd kənd Uşaq Musiqi Məktəbinin direktoru, Səfikürd və Veyisli kənd Sənətkarlıq Evlərinin, Kitabxana filialının kollektivləri, Şəhid ailələri, Qazilər, İctimaiyyət nümayəndələri və məktəblilər iştrak etmişdir.

İlk öncə tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdən öncə Sənətkarlıq Evinin foyesində məktəblilərin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş və sərgi haqqında geniş məlumat verilmişdir.

Tədbirdə çıxış edən Səfikürd kənd Sənətkarlıq Evinin direktoru Telli Behbudova, Veyisli kənd Sənətkarlıq Klubunun direktoru Sadiqə Bayramova, Məşədiqaralar kənd Mədəniyyət Evinin direktoru Rəsmiyyə Paşayeva, Veyisli kənd Kitabxana Filialının rəhbəri Sənəm Böyükkişiyeva ilk olaraq Zəfər Günü münasibətilə tədbir iştrakçılarını salamlamış, tədbirdə iştrak edən Şəhid ailələrinə Gəncə Regional Mədəniyyıt İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verərək Şəhidlərimizə uca Allahdan rəhmət, ailələrinə dözümlü olaqlarını bildirmişdir.

Natiqlər bildirib ki, 2020-ci ildə “Qarabağ Azərbaycandır!” şüarı altında şəhidlik zirvəsinə ucalmağı özünə qürur bilən vətənimizin mərd, rəşadətli övladlarından ibarət güclü ordumuzun səyi ilə mənfur düşmən susduruldu.

“28-30 ildən artıq işğal altında qalan torpaqlarımız uğrunda gedən siyasi mübarizə 44 günlük Vətən müharibəsində hərb yolu ilə sona çatdırıldı və biz Qələbə qazandıq. Azərbaycanın nüfuzu anbaan artdı və onun nəyə qadir olduğu dünyaya bəyan edildi. Heç kimə sirr deyil ki, müzəffər Azərbaycan Ordusunun bu çətin, eyni zamanda, şanlı Vətən savaşında şanlı Qələbəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, uzaqgörən siyasəti, dərin zəkası sayəsində bərqərar oldu və Qarabağ uğrunda gedən döyüşlər yeni müharibə taktikası kimi dünya hərb tarixinə yazıldı. Azərbaycanın azadlığını, şərəf və ləyaqətini ucaltmış şəhidlərimizə Allahdan qəni-qəni rəhmət diləyirik”,- deyə bildirib.

Tədbirdə çıxış edən ictimaiyyıtçi Elçin Tağıyev bildirmişdir: Şanlı Qələbəmizi səciyyələndirən amillər barədə fikirlərini bölüşüb, işğal dövründə tarixi abidələrimizə, şəhər və kəndlərimizə, təbiətimizə qarşı erməni vandalları tərəfindən törədilən vəhşiliyi diqqətə çatdırıb, Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən bəhs ediblər. Qeyd edilib ki, Zəfər Günü xalqımızın şanlı tarixinə yazılan qürur səhifəsidir.

Sonda Şəhid anaları Zəfər tortunu kəsmiş və tədbir Səfikürd kənd uşaq musiqi məktəbinin kollektivinin hazırladıqlarl və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda musiqilər və şeir parçaları ilə davam etdirilmişdir.

 

229.4 KB

 

231.1 KB