Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şagirdlərin hüququ və nəticələri”adlı onlayn söhbət keçirilib

06.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı kitabxana filialı 4.11.2022-ci il tarixdə Ümumdünya Uşaq Hüquqları günü ilə bağlı "Şagirdlərin hüququ və nəticələri"adlı onlayn söhbət keçirdi.Tədbiri kitabxanaçı Günel Kərimova açaraq tədbirdə iştirak edən uşaqları salamladı.Sonra kitabxanaçı Günel Kərimova BMT-nin "Uşaq Hüquqları Haqqında"şagirdlərə qısaca məlumat verdi.Ölkəmizdə uşaq hüquqlarının təmin olunması baxımından bu sahədə əhəmiyyətli qanunlar qəbul etmişdir.Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin "Uşaq Hüquqları Haqqında"Konvensiyaya qoşolmuşdur.Konvensiya 54 maddədən ibarətdir.Bu qanunda uşaqların hüquqlarını və azadlıqlarını, onların müdafiəsi sahəsində görüləcək işlərdən danışılır.Konvensiyanın məqsədi uşaqların layiqli insan kimi yetişməsi,ehtiyaclarının dolğun şəkildə ödənilməsidir.Dövlət tərəfindən onların inkişafı üçün müxtəlif kurslar,məktəblər, idman zalları və s kimi mərkəzlər açılmışdı.Tədbirdə 15 saylı orta məktəbin 7-9 sinif şagirdləri iştirak etdi.

 

1.5 MB