Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənim varlığımın cilası-bayraq” başlığı altında şeir gecəsi keçirilib

06.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq “Mənim varlığımın cilası-bayraq” başlığı altında şeir gecəsi keçirildi. Tədbiri 15 saylı filialın kitabxanaçısı Esmira Məlikova apardı. Tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 Noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı kimi qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Sonra tədbir iştirakçıları M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin şagirdləri Vətənimizə, Bayrağmıza, Şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Məktəblilər qeyd etdilər ki, bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bayrağımız qürur mənbəyimizdir. Tədbirin sonunda iştirakçılar birlikdə xatirə şəkli çəkdirdilər.

 

303 KB

 

344.2 KB