05.06.2018
05.06.2018-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Füsünkar təbiətli məmləkətim” başlığı altında söhbət-sərgi keçirildi.
Tədbiri şöbənin kitabxanaçısı Nərmin Həsənova apararq iştirakçıları salamladı və Azərbaycanın gözəl təbiəti haqqında balaca oxuculara geniş məlumat verdi. Bildirdi ki, doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. İnsanların yaşayış tərzi, maddi rifah halı təbiətə, təbii sərvətlərin zənginliyi ilə, bu sərvətlərdən səmərəli istifadə olunması və onların qorunması ilə bağlıdır. Təbiət bəşər övladının evidir, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcu, vəzifəsidir. Təbiət bizim sərvətimiz, var-dövlətimiz, məişətimizin, həyatımızın bir hissəsidir. Biz onu qorumalı və inkişaf etdirməliyik.
Sonda şagirdlər “Füsünkar təbiətli məmləkətim” başlığı altında hazırlanmış təbiət mövzusunda olan kitablarla tanış oldular. Sərgidə planetimizin və Azərbaycanın bitki örtüyu, eləcə də heyvanlar aləmindən bəhs edən kitablar yer almışdır.
Tədbiri keçirməkdə məqsədimiz uşaqlarda təbiətə məhəbbəti artırmaq, onu sevərək qorumağı aşılamaqdır.