05.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Uşaq Kitabxanası 04.XI.2022 ci- il tarixdə 1saylı tam orta məktəbində 8 Noyabr Zəfər Günü münasibətilə "Tarixi Qələbəmiz"adlı ədəbi-bədii gecə keçirdi .Tədbiri Uşaq şöbəsnin müdiri Rəna Məhərrəmova açdı.İlk öncə qələbə sevincini bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.1saylı şəhər tam orta məktəbin kitabxanaçısı Şahnaz Rüstəmova "Sənə Zəfər yaraşır Azərbaycan " adlı məruzə ilə çıxış edərək qeyd etdi ki 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan əsgəri tarixi qələbəsini qururla. şərəflə yazdı,və biz xöşbəxt nəsilik ki bu tarixi qələbənin canlı şahidləriyik.Uşaq şöbəsinin multimedia mütəxəssisi Rəbiyə Əliyeva "Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır"adlı məruzəsində qeyd etdiki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Dəmir yumruğü" şanlı Azərbaycan əsgərinin güçü sayəsində biz zəfər çaldıq və 8 Noyabr böyük qələbə günü kimi Azərbaycan tarixinə həkk olundu.Sonra məktəblilərin ifasında hərbi-vətənpərvərlik mövzusunda şerlər səsləndi və rəqs ifa etdilər.Tədbirimiz " Xudayar təsnifi" ilə başa çatdı.