Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dalğalan, ey Bayrağım!” adlı elmi-praktiki konfrans keçirilib

05.11.2022

05 noyabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı, 2 saylı tam orta məktəbin "Mübariz Tarixçilər Klubu" nun iştirakı ilə 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə "Dalğalan, ey Bayrağım!" adlı elmi-praktiki konfrans keçirildi. İlk öncə xalqımızın azadlığı, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri  Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva açaraq Dövlət Bayrağı Günü haqqında ümumi məlumat verdi. Mərkəzi Kitabxananın Abonement bölmə müdiri Gülnar Nəcəfova, Şəhər 2 saylı tam orta məktəbin tarix müəlliməsi İlhamə Qasımova məruzə ətrafı çıxışlar etdilər. Sonda məktəblilər Bayraq Gününə həsr edilmiş şeirlər söylədilər.

 

76.7 KB