Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Zəfərin mübarək Azərbaycan” adlı konsert proqramı keçirilib

05.11.2022

05.11.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 8 noyabr Zəfər Gününü və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş " Zəfərin mübarək Azərbaycan" adlı konsert proqramı keçirildi.
Tədbirdə MİHİ- nin Samux rayon Komitəsinin sədri Maviyə Hüseynova, Samux rayon Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov, Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon üzrə baş məsləhətçisi Əliyev Süleyman, Samux rayon Ağsaqqallar şurasının sədri Gəray Bayramov, Samux rayon Ağsaqqalı, Yazıçılar birliyinin üzvü Xasay Yusifov, Yazıçılar birliyinin üzvü, qızıl qələm mükafatçısı Şəfəq İsmayılzadə, Samux şəhər 1 saylı məktəb-liseyin direktoru Fidayıl Əliyev, Samux rayon Qiyaslı kəndinin sakinləri-44 günlük Vətən müharibəsi iştirakçıları Ağayev Teymur, Nəsibov Azər, Orucov Kəramət və Samux rayon Mədəniyyət Mərkəzinin kənd filialları iştirak etdilər.
Musiqili konsert proqramının açılışında ilk öncə Azərbaycanın dövlət himni səsləndi, daha sonra 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Mədəniyyət Mərkəzin direktoru Arif Məmişov tədbir iştirakçılarını salamladı və  bildirdi ki, Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin  Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevTürkiyədə noyabr ayının 10-da Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, dekabrın 3-də Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Sonra söz tədbir iştirakçılarına və çıxışlara verildi.Tədbirin mövzusu vətənpərvər ruhlu şeirlərdən və bir-birindən şən rəqslərdən, musiqilərdən ibarət idi. Tədbir iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.

 

152.8 KB

 

182.5 KB