Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Zəfər Günü ” kitabının təqdimatı keçirilib

05.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 5.11.22-ci il tarixdə 44 günlük müharibədəki Zəfərimizə həsr olunmuş " Zəfər Günü " kitabının təqdimatını keçirdi.Tədbirin aparıcısı-kitabxanaçı Vüsalə Mustafayeva iştirakçıları salamlayaraq, kitabın mövzusu, məqsədi haqqında məlumat verdi, kitabın özü, mündəricatı nümayiş olundu,kitabın qiyməti,nəşri haqqında məlumat verildi.Sonra kitab,kitabın əhəmiyyəti haqqında fikirlər səsləndirildi.Kitabxananın müdiri Natella Hacıyeva qeyd etdi ki, "Zəfər Günü" kitabı 44 günlük Vətən müharibəsindəki Zəfərimizə həsr olunub və  kitabda Zəfər Gününə gedən şanlı yoldan söhbət açılır.GDU - nin tarix fakültəsinin tələbəsi Gülçin Bağırova  kitabda işğaldan azad edilmiş şəhər,qəsəbə və kəndlərimizin siyahısının xronoloji qaydada verilməsinin əhəmiyyətini vurğuladı.GDU- nin magistr tələbəsi Bənövşə çıxış edərək bildirdi ki, bu xoşbəxtliyi,bu qüruru bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza borcluyuq.
Tədbirin sonunda aparıcı vurğuladı ki, "Zəfər Günü" kitabı şanlı Qələbəmizə həsr olunmuş bir töhfədir və bu kitabı mütaliə etməyi tövsiyə etdi.

 

181.1 KB