Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sənə qələbə yaraşır Azərbaycan əsgəri” başlığı altında şeir gecəsi keçirilib

05.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş  Kitabxana  sisteminin  1 saylı filialı Cəfər Cabbarlı adına 6 saylı məktəblə birliktə 05.XI.2022-ci il tarixində “Sənə qələbə yaraşır Azərbaycan əsgəri” başlığı altında şeir gecəsi keçirtdi. Tədbirin əvvəlində 44 günlük vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri açan 1 saylı filialın böyük kitabxanaçısı Lalə Kərimzadə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışdı.

  Daha sonra çıxış edənlər şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarından söz açıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğuladılar. Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik və qələbəyə həsr edilmiş şeirlər səsləndirildi.

 

145 KB