Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Sənə qələbə yaraşır Azərbaycan əsgəri” başlıqlı söhbət keçirilib

05.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 12 saylı filialı 4.11.2022-ci il tarixdə 8 Noyabr Zəfər Günü ilə əlaqədar " Sənə qələbə yaraşır Azərbaycan əsgəri" başlıqlı söhbət keçirdi. İlk öncə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kitabxanaçı Xatirə Verdiyeva Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən söhbət açdı.  Sonra Raisa müəllimə çıxışında qeyd etdi ki, xalqımızın yaddaşından, hərb tariximizdən silinməyəcək 27 sentyabr 30 ildən çox davam edən, həlli  çətin bir problemə çevrilən Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı olan əks-hücum əməliyyatı nəhayət 44 günlük müharibənin şanlı Zəfər gününə gətirib çıxartdı.
  Tədbirdə kitabxananin fəal oxucuları və 3 saylı Sənaye və Texnologiyalar  üzrə Gəncə Dövlət Peşə Mərkəzinin  müəllim və tələbələri   iştirak edirdi.

 

98.1 KB