05.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı 5.XI.2022-ci il tarixdə Bayraq günü ilə bağlı "Bayraq kimliyimdir, bayraq mənliyim" adlı şeir saatı keçirdi.Tədbiri kitabxanaçı Aidə Abdullayeva açıq elan edərək bildirdi ki, 2009-cu il noyabrın 17- də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb.Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.Dövlət bayrağı respublikamızın dövlət qurumları və diplomatik nümahəndələrinin binaları üzərində ucalır.Bayrağımızın türkçülük, islamçılıq və müasirlik" formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Tədbirdə iştirak edən şagirdlər Bayrağa həsr olunmuş şeirlər söylədilər.