05.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günü ilə əlaqədar olaraq “Hüquqlarını bil və faydalan” başlığı altında sual-cavab gecəsi keçirildi. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. Tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, Respublikamızda uşaq hüquqlarının müdafiəsi, inkişafı, onların hərtərəfli qayğı ilə əhatə olunması dövlət uşaq siyasətinin ayrılmaz tərkib hissəsi və başlıca prinsiplərindəndir. Sonra bu kateqoriyalar haqqında uşaqlara ümumi məlumat verib, məktəblilərə suallar ünvanladı. Tədbirin aparıcısı yardımçı suallarla məktəblilərdən lazımi cavabları aldı. Cavablar əsasında ümumiləşmələr aparılıb, lövhədə qeydlər aparıldı. Ortaya çıxan mənzərə Uşaq Hüquqları haqqında Konvensiyanın kateqoriyalarını özündə əks etdirdi. Tədbirdə iştirak edən M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin müəllimi Səadət Əliyeva belə maarifləndirici tədbir təşkil olunduğu üçün kitabxana əməkdaşlarına öz minnətdarlığını bildirdi.