Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sən qalibsən Azərbaycan!..” başlıqlı ədəbi-bədii gecə keçirilib

05.11.2022

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı  kitabxana filialı Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə 4.11.2022-ci il tarixdə 8 Noyabr Zəfər Günü münasibətilə "Sən qalibsən Azərbaycan!.." başlıqlı ədəbi-bədii gecə keçirdi. Tədbiri kitabxana filialının müdiri Rahilə Qasımova açaraq hər kəsi qarşıdan gələn 8 Noyabr Zəfər Günü münasibətilə təbrik etdi. Tədbir iştirakçıları Azərbaycanın   ərazi bütövlüyü  və suverenliyi uğrunda həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 
Tədbirdə həmin məktəbin Hava Hücumundan Müdafiə mayoru, hərbi rəhbər Rəşad Məmmədov, Qarabağ Qazilər İctimai Birliyinin sədri Vüsal Qurbanov Gəncə şəhər Vetranlar təşkilatının sədri Yusif Məmmədov, GDU-nin Ümumi tarix kafedrasının dosenti, Tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, AYB üzvü Gəncə şəhər YB-nin baş məsləhətçisi, şairə Aləmzər Əlizadə,   AYB-nin üzvüləri İnqilab İsaq, Kənan Yusifoğlu, Gəncə Dövlət Dram Teatrın Əməkdar artisti Rəhilə Məmmədova və həmin məktəbin TİİÜDM Zaur  Əliyev çıxış etdilər. Tədbirə Şəhid ailələrindən Elmir Namazovun anası Sürəyyə xanım, İsmayıl Mustafayevin anası Xuraman xanım və Eltac Quliyevin bacısı Lalə xanım  və bir çox II Qarabağ Vətən müharibəsi qaziləri dəvət edilmişdir.
Tədbirdə çıxış edənlər söylədilər ki, 8 Noyabr Azərbaycan tarixinin şanlı səhifəsinə  Zəfər Günü kimi qızıl həriflərlə yazıldı. 44 gün davam edən haqq mübarizəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,  siyasi iradəsi, Güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizin sayəsində torpaqlarımız düşmən tapdağından azad oldu. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin qisası alındı.
Tədbirdə Zəfər gününə, vətənə, orduya, şəhidlərə həsr edilmiş şeir və mahnılar ifa edildi.
Tədbirdə "8 Noyabr-Zəfər Günü" başlıqlı kitab sərgisi nümayiş etdirildi.

 

101.8 KB

 

129.2 KB