Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər Günü” başlığı altında söhbət  keçirilib

05.11.2022

 Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 saylı kitabxana filialı 04.11.2022-ci il tarixdə milli qürurumuzun təntənəsinə çevrilən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədi ilə  “Zəfər Günü” başlığı altında söhbət  keçirdi.

 Tədbir ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutu ilə başladı. Tədbiri açan 9 saylı kitabxana filialının böyük kitabxanaçısı Təranə Həsənova Zəfər günü münasibəti ilə iştirakçıları təbrik etdi. Torpağa, vətənə sevginin, vətənpərvərlik hisslərinin məktəb illərindən aşılanmağının vacibliyini qeyd etdi.

 Gəncə şəhər 37 saylı tam orta məktəbin müəllimi Nurtən Məmmədova çıxışında qalib nəslin böyük vətənpərvərlik və beynəlxalq şücaətini qoruyub saxlaya bilməyin vacibliyindən söhbət açdı. Milliyyətindən, inancından asılı olmayaraq ölkəmizin hər bir vətəndaşı Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini qeyd etdi. Vətən uğrunda həyatını fəda etməyə hazır olan Azərbaycan əsgəri döyüş meydanında düşmənə sarsıdıcı zərbələr vuraraq tarixi torpaqlarımız üzərindəki 30 illk həsrəti qələbə ilə yekunlaşdırdı.

 Tədbir iştirakçıları müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımıza, döyüş meydanında qəhrəmanlıq göstərən Azərbaycan əsgərlərinə və cəsur komandirlərinə öz minnətdarlıqlarını bildirdilər.

 

93.6 KB