Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mənim Bayrağımı tanrı ucaltmış” başlığı altında şeir gecəsi keçirilib

05.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin 1 saylı filialında  04.XI.2022-ci il tarixində  Azərbaycan Bayrağı günü ilə əlaqədar “Mənim  Bayrağımı tanrı ucaltmış” başlığı altında şeir gecəsi keçirildi.

Görüşü 1 saylı kitabxana filalının müdiri Züleyxa Məlikova açaraq iştirakçıları salamladı və Bayraq günü münasibəti ilə bütün Azərbaycan xalqını və tədbir iştirakçılarını  təbrik etdi.Çıxışında zamanın ağır sınaqlarından çıxmış bayrağımızın tarixindən söz açdı.

     Daha sonra 6 saylı məktəbin tarix müəllimi Məmmədova Xatirə qeyd etdi ki,  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

     6 saylı məktəbin uşaq birliyinin rəhbəri Bəşirova Reyhanə çıxış edərək bildirdi ki, Azərbaycan öz müstəqilliyini asanlıqla əldə etməyib, bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Hər bir Azərbaycan vətəndaşı üçün bayrağımız qürur mənbəyimizdir.

    Tədbirdə məktəblilər bayrağımız, vətənimiz, şəhidlərimizhaqqında şeirlər söylədilər. Məktəblilərin çıxışları, bizim vətənimizə,bayrağımıza  milliliyimizə, ənənələrimizə bağlılığımızı bir daha xatırlatdı.

 

300.3 KB