Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Təbiətimizi qoruyaq

05.06.2018

05.06.2018-ci il tarixdə Gəncə şəhər MKS-nin oxu zalnda 5 İyun Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı “Təbiətimizi qoruyaq” başlığı altında sərgi keçirildi. Tədbirdə tələbələr və fəal oxucular iştirak etdilər. Tədbiri giriş sözü ilə kitabxanaçı Məmmədova Mina açaraq 5 İyun Ümumdünya ətraf mühitin mühafizəsi gününün qeyd olunması haqqında ətraflı məlumat verdi. Dünya Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Bu gün ölkəmizdə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsi məsələlərinə daha çox diqqət yetirilir.

Bununla yanaşı, tələbələrin və kitabxananın digər oxucularının ətraf mühitlə bağlı bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi mütəmadi işlər görülür.

Tərtib olunmuş sərgidə nümayiş olunan kitablar və digər materiallar haqqında kitabxanaçı tədbir iştirakçılarına ətraflı məlumat verdi, eyni zamanda gəncləri ətraf mühitin, yaşıllıqların qorunmasında həmrəy olmağa çağırdı.