Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirilib

05.11.2022

04.11.2022-il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Kosalar kənd Mədəniyyət evində Kosalar kənd Mədəniyyət evinin təşkilatçılığı ilə Zəfər günü ilə əlaqədar "Zəfərin mübarək Azərbaycan" adlı tədbir keçirildi.Tədbirdə Xocalı rayon Kosalar kənd icra nümayəndəliyi, Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Ülvi Hüseynov,Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyi, Kosalar kənd mədəni -maarif müəssisələrinin işçiləri,Kosalar kənd tam orta məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri və qazilər iştirak etdilər.Tədbiri giriş sözü ilə Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov açaraq dövlət himninin səsləndirilməsini xahiş etdi.Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Kosalar kənd tam orta məktəbin tarix müəllimi Akif Rüstəmov məruzə ilə çıxış etdi.Xocalı rayon Kosalar kənd icra nümayəndəsi Şahid Rzayev çıxış edərək əldə etdiyimiz parlaq qələbədən danışdı.Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi.Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Ülvi Hüseynov çıxış edərək şəhidlərimizə allahdan rəhmət,qazilərimizə can sağlığı dilədi.Zəfər günü münasibətilə tədbir iştirakçılarını Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi adından və öz adından təbrik etdi.Şəhid atası Rəsul Hümbətov öz növbəsində dövlət başçımızın Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açaraq ölkə başçısına öz minnətdarlığını bildirdi.Mövzu ətrafında çıxışlar davam etdirildi.Daha sonra məktəblilərin hazırladıqları kompozisiya nümayiş etdirildi.Sonda xatirə şəkilləri çəkdirildi.

 

125.4 KB

 

103 KB