Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Təbiəti sən qorumalısan ”

05.06.2018

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 5 iyun 2018-ci il tarixdə Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar “Təbiəti sən qorumalısan ” mövzusunda söhbət keçirildi.

Tədbir Heydər Əliyev Mərkəzində yerləşən “İDEA” otağında təşkil olunmuşdu.

Tədbirdə 6-14 yaş arası uşaqlar iştirak edirdi.

Kitabxanaçı Ayşən Bəhramlı açaraq, sözü “İDEA” İctimai Birliyin Resurs Mərkəzinin Yerli nümayəndəliklərin idarə edilməsi şöbəsinin mütəxəssisi Könül Zeynalovaya verdi. Könül xanım qeyd etdi ki, ətraf mühitin mühafizəsi gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin müdafiəsi və ekoloji problemlər daim diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji mühitin müdafiəsi istiqamətində də mühüm işlər görülmüşdür. Könül xanım həm də ətraf mühitin çirklənməsi, (su, hava, torpaq) – səbəb və nəticələri, tullantıların növləri və onların ətraf mühitə təsiri barədə kiçik ekoloqlara geniş məlumat verdi. Sonra Heydər Əliyev Mərkəzinin fond müdiri İlknur İsgəndərova çıxış edərək bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun Dünya Ətraf Mühitin Müdafiəsi Günü ərəfəsində bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir. Bu məqsədlə hər il şəhərimizdə iməcliklər, ağacəkmə aksiyaları təşkil olunmuş, yaşıllıqlara qulluq edilmişdir. O cümlədən bir sıra ərazilər müxtəlif tullantılardan təmizlənmişdir.

Sonda ətraf mühitin müdafiəsi ilə bağlı qısametrajlı film nümayiş olunmuşdur.