04.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Həmənli kənd Klubunun təşkilatçılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Zəfərin mübarək Azərbaycan" adlı dəyirmi masa təşkil edilmişdir.
Təşkil edilmiş tədbirdə Borsunlu kənd Mədəniyyət Evi, Qırıxlı,Gülməmmədli, Qazançı, Nadirkənd, Kələk diyarşünaslıq Kulubunun nümayəndələri, 1-ci Qarabağ Müharibəsi, 44 günlük Vətən Müharibəsinin Şəhid ailələri və Qazilər iştrak etmişdir.
İlk öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə iştrak edən Şəhid ailələrinə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun adından dərin hüzünlə başsağlığı verilmiş, Şəhidlərimizə uca Allahdan rəhmət, ailələrinə dözüm və səbirli olmağı eyni zamanda Qazilərimizə möhkəm can sağlığı arzulanmışdır.
Tədbirdə çıxış edən Elçin Tağıyev, Gülnar Abdullayeva, Kifayət Verdiyeva, Gülnar Hətəmova, Sevinc Abbasova və Almaz Vəliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin, daha sonra Ali Baş Komandan İlham Əliyevin uzun illər apardıqları məqsədyönlü siyasətin və uğurlu ordu quruculuğu prosesinin nəticəsidir ki, bu gün ordumuz dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutduğundan danışdılar.
Sentyabrın 27-si Ermənistan silahlı birləşmələrinin növbəti təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatı nəticəsində qazanılan Zəfər bunun əyani sübutudur.
44 gün davam edən Vətən müharibəsi zamanı əzəli torpaqlarımız, nəhayət ki, mənfur düşmən işğalından azad edildi.
Haqq savaşımızda Qələbə qazanan igid döyüşçülərimiz dövlətçilik tariximizin yeni Zəfər dolu şanlı səhifəsini yazdılar.
Həmişə olduğu kimi, bu gün də ordumuz xalqımızın qürur mənbəyidir.
Uzun illər ərzində doğma yurd həsrətimizə son qoyulduğu tarix - 8 Noyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zəfər Günü kimi qeyd edilir.
Bu sevinc dolu gün ilə əlaqədar ölkəmizdə bir sıra silsilə tədbirlər keçirilir.
Bildirib ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də təcavüzkar təxribatlara yenidən başlamasına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaları və ədalətin bərpası üçün Vətən müharibəsinə başlayıb. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad etməklə yanaşı, Ermənistanı öz məğlubiyyətini etiraf etməyə və kapitulyasiya aktını imzalamağa məcbur edib deyə bildirilmişdir.
Keçirilən tədbirdə Şəhid ailələrinə və Qazilərə Xarı Bülbülün Xatirə Tablosu təqdim edilmişdir.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz təşəkkürlərini ifadə etdilər.
Sonda məktəblilərin hazırladıqları vətənpərvərlik mövzusunda şeir parçaları və musiqilər səsləndirilmişdir.