Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəlin uşaqlarımızı qoruyaq” başlığı altında maarifləndirici söhbət keçirilib

04.11.2022

04.11. 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı Şəhər kitabxanası Uşaq Hüququları aylığı çərçivəsində Kəlbəcər rayon 11 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri ilə “Gəlin uşaqlarımızı qoruyaq” başlığı altında maarifləndirici söhbətlər aparıldı. Tədbirdə 1 saylı Şəhər kitabxanasının müdiri İsmayılova Şəbnəm Uşaq Hüquqları haqqında şagirdlərə geniş məlumat verdi. Məktəbin müəllimi İsmayılova Mehriban və 1saylı Şəhər kitabxanasının kitabxanaçısı Abbasova Sevinc çıxış edərək bildirdilər ki, İnsan hüquqlarına hörmət hər bir cəmiyyətin uşaqlara münasibətindən , uşaqların fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından, onların xüsusi qayğı və münasibətə ehtiyac duymasından, uşaqların hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşməsindən, lakin istər ailədə, istər cəmiyyətdə tək-tək hallarda olsa da, uşaqların incidilməsindən, dövlətimiz hər bir uşağın mənafeyini yüksək tutub və onu müdafiə etməsindən, Azərbaycanda ailə, qadın və uşaq problemləri ilə məşğul olan dövlət komitəsinin fəaliyyət göstərməsindən danışdılar.

 

140 KB