Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”8 noyabr Zəfər bayramı”na həsr olunmuş konsert keçirilib

04.11.2022

Gəncə şəhəri Zərif Qayıbov adına 5 nömrəli uşaq musiqi məktəbində 8 noyabr Zəfər bayramına,9 noyabr Dövlət Bayrağı gününə həsr olunmuş konsert olub.03.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin  tabeliyində fəaliyyət göstərən Gəncə şəhəri Zərif Qayıbov adına 5 nömrəli uşaq musiqi məktəbində 8 noyabr Zəfər bayramına və 9 noyabr Dövlət Bayrağı gününə həsr olunmuş konsertdən əvvəl Azərbaycanın ərazi bütövlüyü,suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Məktəbin direktor əvəzi Qahirə Məmmədova bütün iştirakçıları salamladı və xalqımızı hər iki bayram münasibəti ilə təbrik etdi.Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Tədbirə dəvət olunmuş Əməkdar Mədəniyyət işçisi,şair-publisist Bəxtiyar Muradov çıxış edərək “Gözün aydın Qarabağım”adlı şeirini oxudu.Konsertdə Zəfər bayramını,Dövlət Bayrağı gününü,Vətəni vəsf edən şeirlər,mahnılar səsləndirildi.Məktəbin xor kollektivi  (bədii rəhbər Məmmədova Aygün),saz sinfinin şagirdləri(müəllim Nəcəfov İlqar),nağaraçılar ansamblı (bədii rəhbər Həsənov Hikmət),muğam sinfinin şagirdləri (müəllimlər Mirzoyev Şahin,Talıbov Saleh) maraqlı konsert proqramı təqdim etdilər.

 

140.5 KB

 

118.1 KB