04.11.2022
02 noyabr 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sərkar Uşaq Musiqi məktəbinin iştirakı ilə Samux rayon Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş "Hər şey Vətən üçün" adlı tədbir keçirildi.Tədbirdə Vətən müharibəsi qaziləri,Şəhid ailələri,Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov da iştirak etdilər.
Öncə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Sonra məktəbin müəllimlərinin ifasında vətənpərvərlik ruhunda musiqilər səsləndirildi.
Məktəbin xanəndəlik şöbəsinin müəllimləri Hüseyn Abbasov,Fuad Ramazanov,Elgün Allahverdiyev,İslam Əlizadə və məktəbin xanəndəlik şöbəsinin şagirdi Səlim Əliyevin ifasında F.Sücəddinovun "Vətəndən pay olmayır" kompozisiyası səsləndirildi.Məktəbin müəllimlərdən ibarət xor kollektivi A.Səmədqızının "Azərbaycan" əsərini ifa etdilər.Hüseyin Abbasov "Qarabağ şikəstəsi", Fuad Ramazanov "Mən gedirəm Zəngilana" mahnılarını ifa etdilər. Məktəbin skripka müəllimi Şahmar İbrahimov A.Zeynallının "Muğamsayağı" əsərini ifa etdi.Fortepiano şöbəsinin müəllimi İlqar Bədəlli T.Quliyevin "Qaytağı" əsərini ifa etdi.Sonda musiqisi və sözləri İ.Əlizadəyə məxsus olan "Hər şey Vətən üçün " mahnısını məktəbin müəllimi İslam Əlizadə ifa etdi.