Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qarabağın incisi Şuşa” adlı dəyirmi masa keçirilib

04.11.2022

03.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyəti İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sərkar kənd kitabxana filialı 8 Noyabr Şuşanın işğaldan azad olunması və Zəfər günü ilə əlaqədar "Qarabağın incisi Şuşa" adlı dəyirmi masa keçirildi.Tədbirdə Sərkar kənd kitabxana filialı,Sərkar kənd Folklor evi və fəal oxucuları iştirak edirdilər.Tədbiri giriş sözü ilə açan Gülşən Əliyeva ilk öncə iştirakçıları Zəfər bayramı münasibətilə təbrik etdi, və bildirdi ki,44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi."Qarabağ Azərbaycandır!"reallığı 44 gündə mümkünsüzü mümkün etdi.8-Noyabır 2020-ci il Qarabağa ,Şuşaya qovuşduğumuz gündür.Sonra kitabxanaçı Sahilə Hümbətova Azərbaycan əsgərinin əsl qəhrəmanlıq,mərdlik,şücaət, rəşadət nümunəsi göstərdiyindən danışdı. Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla düşmən tapdağı altında inləyən Vətən torpaqlarını işğaldan azad edildi . Prezident,Ali Baş Komandan İlham Əliyevin dekabrın 3-də Sərəncamında qeyd edilir ki,hər bir Azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərini - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.Tədbirin sonu fəal oxucuların şeirləri ilə başa çatdı.

 

88.6 KB

 

90.2 KB