Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən üçün yaşayan,Vətən üçün ölən şair”

05.06.2018

Gəncə şəəhər MKS- nin 20 saylı kitabxana filialında 05.06.2018- ci il tarixdə şair Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyi ilə bağlı “Vətən üçün yaşayan,Vətən üçün ölən şair” adlı şeir saatı keçirildi. Tədbirdə tələbələr, 23 saylı məktəbin şagirdləri və kitabxananın fəal oxucuları iştirak edirdi.

Böyük kitabxanaçı Yeganə Əlıyeva Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış istedadlı nakam şairin həyat haqında oxuculara məlumat verdi. Şairin yaradıcılığı haqqında danışan GDU-nun tələbəsi Sevil Mehdiyeva bildirdi ki, Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Şairin “Yenə o bağ olaydı”,Oxu tar”və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır. Həyatdan nakam gedən,cəmi 30 il ömür sürən şairin əziz xatirəsi xalqımızın qəlbində daima yaşayacaqdır. Sonra 23 saylı məktəbin şagirdlərinin ifasında şairin şeirləri və “Yenə o bağ olaydı”şeirinə bəstələnmiş mahnı səsləndirildi.

Tədbirin sonunda Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirildi.