Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mənim hüquqlarım məni qoruyur” adlı söhbət keçirilib

04.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı  20 noyabr Ümumdünya Uşaq Hüquqları Günü ilə əlaqədar "Mənim hüquqlarım məni qoruyur" adlı söhbət keçirdi.Tədbiri böyük kitabxanaçı Könül Mirxudayeva aparırdı.Bülbül adına 3 saylı musiqi məktəbinin şagirdlərinin iştirak etdikləri tədbirdə BMT- nin müvafiq Konvensiyasının tarixi haqqında məlumat verildi.Kitabxanaçı qeyd etdi ki,Uşaq hüquqlarının pozulması günün aktual bir mövzusudur.Diqqətə çatdırlıb ki,Azərbaycan bu konvensiyaya 1992-ci il iyulun 21 - də qoşulub və konvensiyanın əsas məqsədi uşaqların xoşbəxt böyümələrini,onların sağlam rifahı naminə hüquq və azadllqlarından istifadələrini təmin etmək,uşaqlar arasında ayrı-seçkiliyə yol verməməkdir.Tədbir mövzu ətrafında aparılan suallarla davam etdi.Kitabxanaçı vurğuladı ki,bu tədbirin əsas məqsədi uşaqlara diqqətin artırılması və onların öz hüquqlarını bilmələri ilə yanaşı ,özlərini necə qorumağı təbliğ etməkdir.

 

206.6 KB