03.11.2022
03.11. 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi Uşaq Hüququları aylığı çərçivəsində Kəlbəcər rayon 9 saylı tam orta məktəbin 3-cü sinif şagirdləri ilə “Uşaqlar və Hüquqları” başlığı altında maarifləndirici söhbətlər aparıldı. Tədbirdə Uşaq şöbəsinin müdiri Qasımova Günel Uşaq Hüquqları haqqında şagirdlərə geniş məlumat verdi. Məktəbin müəllimi Şirinova Mahru Uşaq Hüquqlarının azad fikir söyləmək, uşaqların həyatlarına təsir göstərən hallarda öz sözlərini demək, uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da
artırılmasından, məsuliyyətli vətəndaş kimi yetişməkdə onlara yardım etməsindən, uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqlarından, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar da olmasından danışdı.