03.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında “Şəngülüm, Şüngülüm, Məngülüm” Azərbaycan xalq nağılının tamaşası göstərildi. 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova iştirakçıları salamlayaraq qeyd etdi ki, bu gün biz kitabxanamızın əməkdaşları tərəfindən hazırlanmış demək olar hamımızın bildiyi, sevdiyi, zaman-zaman yaddaşımızda gəzdirdiyimiz, bizi uşaqlıq çağımızla birləşdirən nağıl nümunələrimizdən biri olan “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılınınn tamaşasına baxmaq üçün toplaşmışıq. Nağıl dili, sujet xətti çox sadə görsənən bu nağıl əslində böyük bəşəri bir mübarizəni oynaq, əyləncəli bir dildəçatdırır. Tamaşanın sonunda müzakirənin məhz bunun üzərində qurulacağını məktəblilərin nəzərinə çatdıraraq, onları tamaşaya baxmağa dəvət etdi. Tamaşa kitabxananın əməkdaşları və kitabxananın fəalları M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin VII sinif şagirlərinin təqdimatında nümayiş olundu. Tamaşa izləyicilər tərəfindən çox böyük rəğbətlə qarşılandı. Məktəblilər nağıl personajlarını alqışlayıb, yeri gəldikcə səslənən musiqi parçalarının ifasına qoşulurdular. Xoşəhval-ruhiyyə ilə keçən tamaşanın sonunda onun müzakirəsi təşkil olundu. Müzakirə əsnasında tədbirin əvvəlində vəd olunduğu kimi nağılda bəşəri mübarizə xeyirləşərin mübarizəsinin və sonda həmişə olduğu kimi xeyirin mütləq qalib gəldiyi qeyd olundu vəçox sadə görsənən nağılın mahiyyətinin əslində nə qədər dərin olduğu xüsusi olaraq vurğulandı. Sonda tədbir iştirakçıları beləbir nağıl-tamaşanın hazırlanıb, təqdim olunduğu üçün kitabxana əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər və kukla-personajları hazırlayan filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygünə tezliklə onları hansı nağıl-personajları ilə sevindirəcəyi barədə suallar verdilər. Tədbirin sonunda iştirakçılar xatirəşəkli çəkdirdilər.