Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

1 iyun – Uşaqları Beynəlxalq Müdaqfiəsi Günü

01.06.2018

Mehriban balalar, əziz uşaqlar,

Bir iyun gününüz mübarək olsun.

Sizi Müdafiə Günüdür bu gün,

Atalı - analı, vətənli olun !

1 iyun – Uşaqları Beynəlxalq Müdaqfiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd olunur. Bu məqsədlə MKS - nin 7 saylı kitabxana filialında şeir saatı keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Natella Hacıyeva uşaqları təbrik edərək vurğuladı ki, uşaqlar bizim gələcəyimizdir, Azərbaycanda uşaqlar əhalinin təxminən 30 % - ni təşkil edir və bu gün Müstəqil Azərbaycanın uşaqları dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Daha sonra bayram tədbirində şagirdlərin hazırladıqları vətən, bayraq, sülh və s mövzuda şeirlər iştirakçılarda xoş əhval – ruhiyyə yaratdı. Tədbir çərçivəsində Azərbaycan və dünya uşaq ədəbiyyatından son illərdə nəşr olunan kitablar sərgilənmişdi.