Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfər tariximizin qələbə səlnaməsidir” adlı dəyirmi masa təşkil edilib

03.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaradağlı kənd Diyarşünaslıq Evində, Xoylu kənd Mədəniyyət Evi, Kitabxana Filialı və Şadılı kənd Klubunun birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər gününə həsr edilmiş "Zəfər tariximizin qələbə səlnaməsidir" adlı dəyirmi masa təşkil edilmişdir.

Tədbirin əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Vətən uğrunda canlarını qurban verən Goranboylu Şəhidlərin ömür yolundan, vətənpərvərliyindən, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan söz açılıb, xatirələri ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Elçin Tağıyev, Orxan Əliyev, Alyaz Nebiyev, Dilbazi Əliyeva, və başqaları çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin, qazilərin qəhrəmanlıqlarından söz açıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar. Artıq Azərbaycan xalqı iki ildirki 8 Noyabr tarixini Şanlı Qələbəmizin yeni səhifəsi olaraq təntənəli sürətdə qeyd edir. Bu qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına əziz Şəhidlərimizə və Qazilərimizə borcluyuq deyə bildirilmişdir.

Tədbirdə Şəhid ailələri çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, tədbirin təşkilatçılarına təşəkkür edib.

 

 

220.4 KB

 

268.7 KB