Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şanlı Qələbəmiz ”adlı tədbir keçirilib

03.11.2022

02.11.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix -Diyarşünaslıq muzeyində Zəfər günü ilə bağlı "Şanlı Qələbəmiz "adlı tədbir keçirildi.Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti Başçısının İctimai Siyasi məsələlər üzrə müavini Lamiyə xanım Qarayeva , Xocalı rayon Gənclər və İdman idarəsinin rəisi Elməddin Bağırov, Qəsəbədə fəaliyyət göstərən tam orta məktəblərin direktorları, müəllim və şagird kollektivi iştirak etdilər.Muzeyin bələdçisi Xatirə İsmayılova qonaqlara Zəfər günü ilə əlaqədar muzeydə yaradılmış sərgi və ekspozisiya haqqında məlumat verdi.Daha sonra Lamiyə xanım Qarayeva çıxış edərək 44 günlük Vətən müharibəsindən, düşmən üzərindəki parlaq qələbədən danışdı.Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün
Muzeyin əhəmiyyətini xüsusi vurğuladı. Mövzu ətrafında çıxışlar davam etdirildi.Sonda muzeyin direktoru Tofiq Məmmədov göstərilən diqqət və qayğıya görə Lamiyə xanım Qarayevaya təşəkkürünü bildirdi.Daha sonra xatirə şəkilləri çəkdirildi.

 

144.3 KB

 

226.9 KB