03.11.2022
01.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Sərkar kənd kitabxana filialı Beynəlxalq Uşaq Hüquqlarının qorunması günü ilə bağlı " Uşaqlar və hüquqları"başlığı altında informasiya günü keçirdi.Əvvəlcə Gülşən Əliyeva uşaqları təbrik etdi,sonra sözə Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirdi.Uşaqların keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda Ulu Öndərimiz Heydər Əliyevin ənənələrindən irəli gələn başlıca prinsiplərindəndir. Ulu öndərin təşəbbüsü ilə bir sıra beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minmişdir. Belə ki, ölkəmiz 21 iyul 1992-ci ildə uşaqların yaşaması, inkişafı üçün zəruri olan mühüm standartların müəyyən edilməsi və hüquqlarının qorunması məqsədilə Uşaq Hüquqları Konvensiyasına qoşulduğundan danışdı. Sonra Sahilə Hümbətova Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.Aynurə Əmiraslanova tədbirdə iştirak edən uşaqlara öz hüqularını bilmələrini və qorumalarını qeyd etdi.