Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Hüquqlarınızı bilirsinizmi?” adlı sual- cavab gecəsi keçirilib

02.11.2022

Gəncə Regional Mədəniyyət Idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 01.11.2022-ci il tarixində  20 Oktyabr-20 Noyabr “Uşaq hüquqları aylığı”ilə əlaqədar olaraq  “Hüquqlarınızı bilirsinizmi?” adlı sual- cavab gecəsi keçirildi. Tədbiri açıq elan edən şöbənin müdiri Ellada Rəhimova qeyd etdi ki, Uşaq Hüquqları Konvensiyası 1989-cu il noyabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 54 maddədən ibarət olaraq qəbul olunub.  Azərbaycanda isə Uşaq Hüquqları haqqında qanun 1998-ci il mayın 19-da qəbul olunub. Uşaqların bu qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına çatmamış hər bir şəxsə aid edilir. Bu konvensiyaya qoşulmuş bir çox  ölkələrdən biri olan Azərbaycan öz ərazisində yaşayan bütün uşaqların hüquqlarının qorunması, onların öz bayramlarını sevinc və fərəh içində keçirməsi üçün hər çür şərait yaradır. Bu bayramı ölkəmizdə millətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün körpələr eyni şəraitdə qeyd edirlər. Aylığın keçirilməsində əsas məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi, onların yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması və dünyada sülhə və azadlığa birlikdə dəstək olmaqdır. Tədbirin sonunda uşaqlara mövzu ilə əlaqədar suallar təqdim olundu. Maraqlı keçən sual-cavab gecəsində məktəblilər verilən sualları ətraflı cavablandırdılar.

 

93.4 KB

 

108.4 KB