Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Bizim zəfər tariximiz”adlı ədəbi-bədii gecə keçirilib

02.11.2022

01 noyabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı, Tarix-diyarşünaslıq muzeyi və Şəhid Qurban Rüstəmov adına Qaramusali kənd tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə ədəbi-bədii gecə keçirildi. Tədbirdən ilk öncə xalqımızın azadlığı və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva açaraq " Bizim zəfər tariximiz" mövzusunda geniş və ətraflı məlumat verdi. Qaramusali kənd tam orta məktəbin direktoru Aygün Cabbarova, Şəhər Kitabxana filialının müdiri Nərgiz Məmmədova məruzə ətrafında çıxış etdilər. Qaramusali kənd məktəbinin Xl sinif şagirdləri zəfər gününə həsr olunmuş şeirlər səsləndirdilər. Sonda Mərkəzi Kitabxananın təşkil etdiyi "Zəfərin bol olsun, Azərbaycan" başlıqlı kitab sərgisinə baxış keçirildi. Mərkəzi Kitabxananın abonoment bölmə müdiri Gülnar Nəcəfova sərgidə nümayiş olunan kitablar haqqında tədbir iştirakçılarına məlumat verdi.

 

31.8 KB

 

47.1 KB