01.06.2018
01.06.2018-ci il tarixində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 1İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə “Dünyanın bəzəyidir uşaqlar” başlığı altında səhərcik keçirildi.
Tədbiri şöbənin müdiri Ellada Rəhimova açaraq uşaqları bayram münasibətilə təbrik etdi onlara xöşbəxt və firavan həyat arzuladı.
Tədbirin bədii hissəsi “Uşaqlar sülh istəyir” və “Qoy həmişə günəş olsun” kompozisiyaları ilə ilə başladı. Sonra uşaqların ifasında “Günəş olaram məndə”,”Uşaqlar sevinsin həmişə” mahnıları səsləndi. Balaca fidanların ifasında vətənə, torpağa, sülhə, günəşə, anaya aid müxtəlif mövzularda şeirlər səsləndi. Tədbirin sonunda iştirakçılar cizgi filminə tamaşa etdilər.Bayram tədbiri uşaqlara bol əyləncə və xoş əhval-ruhiyyə bəxş etdi. Tədbirdə 31, 45 nömrəli körpələr evinin uşaqları, 27 saylı məktəb-litseyin şagirdləri iştirak etdilər.