02.11.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzinin, GİKM-nin Naftalan Nümayəndəliyinin birgə təşkilatçılığı və Naftalan şəhər Polis şöbəsinin iştirakı ilə Naftalan Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” ilə bağlı tədbir keçirilmişdir.
Ulu Öndər və Vətənin bütövlüyü uğrunda canında keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Mərkəzin direktoru Faiqə Ağayeva Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uşaq-gənclər siyasətinin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu ilə əlaqədar keçirilən təlim və tədbirlər zamanı şagirdlərə Qanunun maddələri izah edilmiş, uşaqların hüquqları və vəzifələri onlara çatdırılmış, qanunun yerinə yetirilməsi sahəsində uşaqların üzərinə düşən vəzifə onlara izah edilmişdir.
“Uşaq hüquqları Konvensiyası”nda təsbit edilmiş uşaq hüquqları barədə maddələrdən söhbət acılmış, uşaqların sualları cavablandırılmışdır.
Tədbirlərdə uşaqlara onların Qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələri izah edilmişdir.
Tədbirdə Naftalan şəhər Polis şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşı polis leytenantı Abbas Allahverdiyev uşaqlara Yol hərəkəti qaydaları barədə geniş məlumat vermiş, uşaqların bu sahədə biliklərini dəyərləndirmiş, sualları cavablandırılmışdır.
Naftalan şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi Ceyhun Əliyev uşaqları diskusiyaya cəlb etmiş, suallarına geniş izah vermişdir.
Diskusiyada Aslanov Sahib, Şəfiyev Yunis, Adıgözəlov Sərhad, Cəfərova Cəmilə, Şirinov Nihat aktiv iştirak etmiş, əməkdaşlara suallar yönəldmişdir.