Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib

02.11.2022

01.11.2022 ci ildə  Mir Cəlal Paşayev Ev Muzeyi "Zəfər günü"nə həsr olunmuş tədbir keçirildi.Tədbirdə şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, şair və yazıçılar iştirak edirdilər.
Tədbiri muzeyin bələdçisi Orucova Dilbər açdı. Öncə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan oğul və qızlarımız 1 dəqiqəlik sükutla yad olundu. Daha sonra çıxış üçün söz şəhid ailələrinə verildi. Şəhid Vüsal Məmmədovun anası Səbinə Məmmədova, şəhid İsmayıl Mustafayevin anası Xuraman Mustafayeva şəhid ailələri adından çıxış edərək övladlarının şəhidlik zirvəsini qürurla andılar. GDU- nin professoru şair Bayram Ağrıdağ, Əməkdar Mədəniyyət işçisi Bəxtiyar  Muradov, GYB-nin sədri şair Xəzangül Cavanşir Atəşi, böyük yazıçı Əməkdar jurnalist Qərib Mehdi, AYB- nin üzvü şair Elton Türkel, şair, publisist İnqilab İsaq, AYB- nin üzvü şair Aləmzər Əlizadə çıxış edərək şəhid ailələrinə və qazilərə böyük minnətdarlıq hissi ifadə etdilər və "Zəfər günü"nə həsr olunmuş şeirlərini təqdim etdilər. "Zəfər günü"nə həsr olunmuş tədbirimizdə Gəncə Uşaq İncəsənət Məktəbinin müəllimi Ədibə Hüseynova və onun şagirdləri İlqarə Məmmədli, Fatimə Məmmədlinin və eyni zamanda "Xudayar Təsnifi" ni ifa edən Zaur Dadaşovun çıxışları alqışlarla qarşılandı.

 

85.1 KB

 

57.1 KB

 

49.4 KB