Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uşaq hüquqlarına həsr olunmuş tədbir keçirilib

01.11.2022

01.11.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi Sərkar kənd Folklor evində Uşaq hüquqlarına həsr olunmuş tədbir keçirildi.Tədbirdə Sərkar kənd Folklor evinin kollektivi və Sərkar kənd kitabxana filialının işçiləri və Sərkar kənd Nizami Gəncəvi adına tam orta məktəbin şagirdləri iştirak etdilər.

Uşaq hüquqları hər bir dövlətin xüsusi diqqət ayırdığı sahədir.Cünki uşaqlar hər biri dövlətin gələcəyidir. Qeyd  edək ki,bütün uşaqlar bərabər hüquqlara malikdir. Hamımız uşaqlarımızın və gənclərimizin taleyi üçün məsuliyyət daşıyırıq. Məsuliyyət daşıyırıq ona görə ki,bu gün qayğısız böyüyən uşaqlarımız, gənclərimiz sabah Vətəni, millətin, xalqın  gələcəyi üçün laqeyd olmasınlar.Yaşadıqları torpağın, vətəndaşı olduğu ölkənin mənafeyini müdafiə etməyi bacarsınlar. Laqeyd olmayaq, çünki  uşaqlar və gənclər millətimizin  gələcəyidir!

 

85.2 KB