Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sənin hüquqların “ adlı sual-cavab gecəsi keçirilib

01.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 01.11.2022-ci il tarixində 18 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı” ilə əlaqədar “Sənin hüquqların “  adlı sual-cavab gecəsi keçirdi. Filialın müdiri Firuzə Yunusova “Uşaq hüquqları aylığı”nın əhəmiyyətindən danışdı. Qeyd etdi ki, uşaq ailənin, xalqın, dövlətin  qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Ölkəmizin gələcəyi olan uşaqlara qayğı göstərməli,  onların hüquqlarının qorunması istiqamətində hər birimiz əlimizdən gələni əsirgəməməliyik. Sonra məktəbin psixoloqu Günay Hacıyeva şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verdi. Məktəbin direktoru Mətanət İrzayeva uşaqlara mövzuya dair suallar verdi,uşaqların fikirləri dinlənildi. Sonra o,belə maarifləndirici tədbirlərin tez-tez keçirilməsini söylədi.

 

74.4 KB

 

105.3 KB