01.11.2022
01.11.2022-ci il tarixində Xocalı rayon Mədəniyyət evində rayon Mədəniyyət evinin və Xocalı rayon MKS-nin birgə təşkilatçılığı ilə Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirildi. Tədbirdə Xocalı rayon mədəniyyət müəssisələrinin işçiləri və Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər. Xocalı rayon Mədəniyyət evinin bədii rəhbəri Təranə Qasımova çıxış edərək bildirdi ki, Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. 1832-ci ildə Şuşada anadan оlan bu qız ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün onu sarayda “Dürrü yeкta”, yəni Təк inci çagırardılar. Xalq arasında isə Xan qızı adı ilə məşhur idi. 1845-ci ildə Mehdiqulu xanın vəfatından sonra onun bütün hüquqları qızı Xurşidbanuya keçir. Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi nəhəng klassiklərin əsərlərini mutaliə edir və onların yaradıcılığından bəhrələnirdi. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi. Xan qızı Şuşada “Məclisi- üns”, yəni dostluq, ülfət məclisi yaratmış və onun bütün xərclərini öz üzərinə götürmüşdü. O, şeirlərini “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz” təxəllüsü ilə yazırdı, qələmini qəzəl janrında da sınayırdı. Xocalı rayon Mədəniyyət evinin direktoru Hafiz Abbasov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 mart 2022-ci il tarixində Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. O bildirdi ki, Xurşidbanu Natəvanın yaradıcılığı həmişə dövlətimizin diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra silsilə tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı il-də Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vəhşicəsinə dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür. Xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri tərəfindən Natəvanın şeirləri səsləndirildi. Sonda Xalq artisti, mərhum xanəndə Qədir Rüstəmovun ifasında Natəvanın “Neyçin gəlməz” qəzəlinə bəstələnmiş mahnı səsləndi.