Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Əziz Şuşa sən azadsan” başlığı altında söhbət keçirilib

01.11.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş  Kitabxana  sisteminin  1 saylı filialı Mehdi Mehdizadə adına 4 saylı məktəbin müəllim və şagird kollektivi ilə  birliktə 01.11.2022 -ci il tarixində Şuşa rayonun işğaldan azad olunmasının ildönümü ilə əlaqədar “Əziz Şuşa sən azadsan” başlığı altında söhbət keçirdi. Tədbiri 1 saylı kitabxana filialının kitabxanaçısı Günay Əmiraslanova açaraq tədbir iştirakçılarını salamladı və “Zəfər bayramı” münasibəti ilə təbrik etdi. 8 May. Bu tarix 28 illik Şuşa həsrətinin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 1992-ci ilin məhz bu günü işğal edilmişdi. O gün-bu gün, düz 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı. Lakin Azərbaycan insanının ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi.  Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı filialının müdiri Züleyxa Məlikova qeyd etdi ki, bütün Azərbaycan və türk dünyası bugün sevincə qərq olub.Xalqımızın 28 illik gözləntiləri arzu və istəkləri reallığa çevrilib.Şuşa təkcə Şuşalıların yox  bütün Azərbaycan xalqının  baş tacıdır.Şuşa hər bir Azərbaycanlının gen yaddaşının silinməz səhifəsi,ecazkar mədəniyyətimizin parlaq rəmzidir.Şuşanın azadlığa qovuşması cənab Ali Baş Komandan İlham Əliyevin tarixi qələbəsidir.Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! 4 saylı məktəbin tarix müəllimi Əfsanə Sadıqova öz çıxışında bildirdi ki, prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində, Azərbaycan 30 ilə yaxın davam edən müharibədə qalib tərəfə çevrildi.Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı,bütün dünya azərbaycanlıları,bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox,bütövlükdə haqsız güclərin üstünə getdi və subut etdi ki, haqq yolunda, ədələtin,ərazi bütövlüyümüzün bərpası uğrunda vuruşaraq qalib gəldi. Azərbaycan bəlkədə son bir əsrdə bu qədər sevinc yaşamamışdı. Bu tarixi qələbəyə sevinən xalqımız,Azərbaycanın bütün şəhər və bölgələrində öz sevinclərini,böyük qürur hissi  ilə nümayiş etdirdilər.2020-ci ilin 8 noyabr günü Azərbayca tarixinə əbədi həkk olundu. Tədbirin sonunda iştirakçılar “Əziz Şuşa sən azadsan” başlığı altında sərgi ilə tanış oldular.Sərgi ilə iştirakçıları 21 saylı kitabxananın böyük kitabxanaçısı Sahilə Şabanova tanış etdi.

 

235.9 KB