01.06.2018
Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı filialında 1 iyun 2018-ci il tarixdə Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə şeir saatı keçirildi.
Tədbirdə 16 və 36 saylı orta məktəblərin şagirdləri və müəllimləri iştirak edirdi.
Bələdçi Sevinc Əhmədova uşaqları Heydər Əliyev Mərkəzi ilə tanış etdi. Sonra 16 saylı filialın müdiri Lyudmila Axundova kitabxanada təşkil olunmuş tədbiri açaraq uşaqları bu bayram münasibətilə təbrik etdi. O, qeyd etdi ki, Ulu Öndərimiz uşaqları çox sevirdi və hər zaman; “Uşaqlar bizim işıqlı sabahımız, gələcəyə aparan yollarımızdı” deyirdi. Təsadüfü deyil ki, uşaqlar ona “Heydər baba” deyirdilər.
16 və saylı orta məktəbin ibtidai sinif müəllimi Qasımova Rəna, 36 saylı orta məktəbin ibtidai sinif müəllimi Əhmədova Mətanət uşaqları bayram münasibətilə təbrik etdi,onlara xoş arzularını bidirdi.
Sonra şagirdlər anaya , vətənə, Ulu Öndərimizə aid şeirlər söylədilər. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.