01.11.2022
31 oktyabr Gəncə Dövlət Dram Teatrının açıq səma altında olan ikinci səhnəsində Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poemasından "İki logmanın söhbəti" hekayəsi əsasında əməkdar incəsənət xadimi Məmməd Alimin səhnələşdirdiyi "Gül və zəhər" mənzum dramına baxış keçirilib. Tamaşanın quruluşçu rejissoru Yusif Cəfərov, quruluşçu rəssamı Mehdi Hüseynov, işıq rəssamı Şöhrət Mahmudov, Musiqi tərtibatı Ziyat Abbasovdur. Baxışda Gəncə Regional Mədəniyyət idarəsinin rəisi Vasif Cənnətov və ictimaiyyət nümayəndələri iştirak ediblər.