01.11.2022
31.10.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Günəşli kənd kitabxana filialında “Mənim doğma vətənim” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə kitabxana filialının müdiri Sadıqova Sevil çıxış edərək,insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq olmasını bildirdi. Tədbirdə təqaüdçü Hüseynov Qənaət, Gəncə şəhər Asan Xidmət Mərkəzinin inspektoru Abbasov Şaiq, Gəncə Su Kanal İdarəsnin Kadrlar üzrə mütəxəssisi Sadıqov Əli çıxış edərək bildirdilər ki, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərməsindən, Vətənin, xalqın hər bir uğuruna sevinməsindən, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amil olmasından, Azərbaycan xalqının qəhrəman xalq olmasından, bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirməsindən, Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməsindən danışdılar. Tədbirdə Kaspi Tədris Mərkəzinin şagirdləri hərbi vətənpərvərlik mövzusunda şeirlər söylədilər.