01.11.2022
31.10.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı Şəhər kitabxana filialında şair, yazıçı Hüseyn Cavidin anadan olmasının 140 illiyi ilə əlaqədar olaraq “Hüseyn Cavid-140” başlığı altında tədbir keçirildi. Tədbirdə kitabxana filialının müdiri İsmayılova Şəbnəm Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Tədbirdə MKS Metodika və Biblioqrafiya şöbəsinin müdiri Mamedova Gülnarə, Metodisti İsmayılova Pərvanə, Kəlbəcər rayon 11 saylı tam orta məktəbin müəllimləri Nəcəfova Aynur və İsmayılova Mehriban çıxış edərək bildirdilər ki, Hüseyn Cavidin fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmasından, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmasından danışdılar.