Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Çiçək ətirli balalar”

01.06.2018

Gəncə şəhər MKS- nin 15 saylı kitabxana filialı 1 iyun tarixində 23 saylı məktəbdə və davamı kitabxana filialında “Çiçək ətirli balalar” adlı səhərcik keçirdi.

Tədbiri böyük kitabxanaçı Səkinə Tahirova açaraq, balaca fidanları bu gün münasibəti ilə təbrik etdi

23 saylı məktəbin ibtidai sinif müəlliməsi Tərbiyə Hüseynova “Uşaqların Beynəlxalq Müdafiəsi” mövzusunda çıxış edərək bildirdi ki, Uşaqlar ömrümüzün bəzəyidir. Ona görədə uşaqlara diqqət, xeyirxahlıq və mərhəmət bu günümüzün, gələcəyimizin etibarlı təminatı deməkdir. Ölkəmizdə uşaqların firavan yaşaması, sağlam böyüməsi üçün hər cür şərait mövcuddur.

Sonra söz uşaqlara verildi. Onlar bu günə özəl hazırlaşaraq, sevimli mahnılar, şeirlər və müxtəlif rəqslər nümayiş etdirdilər.

Səhərciyin davamı 15 saylı kitabxanada 23 saylı məktəbin IV sinif şagirdlərinin iştirakı ilə davam etdirildi. Ibtidai sinif müəlliməsi Arzu Ağayeva “Xoşbəxt olsun uşaqlar” mövzusunda çıxış edərək qeyd etdi ki, cəmiyyətin sağlam özəyi, gələcəyi, köməyə ehtiyac duyan kövrək zümrəsi olan uşaqlar həyatımızın mənası, ailəmizin sevinci, fərəhidir. Hər bir evin ən böyük zinəti, dəyərli sərvəti onlardır. Həsən Tahirov, Xədicə Hüseynova, Tamerlan Məmmədov, Fatimə Əliyeva “Mən ki, ağ göyərçinəm”şeirini böyük həvəslə söylədilər. Doğma vətənimizə həsr olunmuş mahnı və rəqslər ifa etdilər.

Tədbirin sonunda Uşaqlar “Körpələrin nağıl dünyası” adlı sərgi ilə tanış oldular.