30.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6saylı Gənclər Kitabxana filialı 28.10.2022 -ci il tarixində "Şuşa"ili ilə əlaqədar "Xarıbülbül- Qarabağ möcüzəsi" başlıqlı informasiya saatı keçirtdi. Tədbirdə kitabxananın böyük kitabxanaçısı Xəyalə Ismayılova alınmaz qala adlandırılan Şuşanın yaranma tarixindən, işğalından ,azad edilməsindən və Şuşada böyüyüb dünya poeziyasına, musiqisinə öz tohvəsini verən dahilərimiz haqqinda məlumat verdi. Tədbirdə iştirak edən 44 günlük zəfərimizin canlı şahidi qazi Həsən Fəttah Şuşanın necə azad olunması haqqında danışdı və qələbəmizə aid yazdığı şeirini səsləndirdi. 1 saylı tam orta məktəbin şagirdi Təranə Məmmədova şeirlə çıxış etdi.Sonda tədbir iştirakçılarına maraqlı qalan suallar cavablandırıldı.