30.10.2022
28.10.2022-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə " XX əsr Azərbaycan mütərəqqi romantizmin banisi" başlıqlı sərgi keçirdi.Sərgidəki kitablarla kitabxanaçı Səriyyə Abbasova tədbir iştirakçılarını tanış etdi. Kitabxanaçı əvvəlcə Hüseyn Cavidin həyatı və yaradıcılığı haqqında məlumat verdi.
Kitabxanaçı Hüseyn Cavidin dillər əzbəri olan şeirlərindən söhbət açandan sonra bütün dramları haqqında ətraflı məlumat verdi. Kitabxanaçı onuda qeyd etdi ki, "İblis", "Peyğəmbər", "Topal Teymur ", "Səyavuş", "Xəyyam" kimi tarixi dramları onu sevənlər tərəfindən dəfələrlə oxunmuş və teatr səhnəsində səhnələşdirilmişdir.Hüseyn Cavidi ədəbiyyat tarixində məşhurlaşdıran dram əsərləridir.
Tədbirdə onun " Azər ", "Hübuti-Adəm", "Bir ahi-məzlumanə" poemaları haqqında da söhbət açıldı.
Hüseyn Cavid həqiqət və məhəbbətin mənasını vətəninin, millətinin azad və xoşbəxtliyində görürdü.Hüseyn Cavid 1941-ci ildə İrkutsk vilayətində dünyasını dəyişmişdir.
Tədbirdə 44 saylı tam orta məktəbin şagirdi Adıgözəlov Orxan Hüseyn Cavidin "Qız məktəbində" şerini söylədi.Hələ bundan sonra neçə- neçə nəsillər Hüseyn Cavid yaradıcılığından bəhrələnəcəkdir.