30.10.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialında 28.10.22 - ci il tarixdə oktyabr ayında doğum günləri olan şəhidlərə həsr olunmuş "Cənnətdəki ad gününüz mübarək" adlı söhbət-sərgi keçirildi.Tədbirin əvvəlində şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri kitabxananın müdiri Natella Hacıyeva aparırdı.Bildiyimiz kimi Ali Baş Komandanımız,
Prezidentimiz İlham Əliyevin dəmir yumruğu və müzəffər Milli Ordumuzun şanlı qələbəsi ilə 44 gün ərzində xalqımızın parlaq zəfəri ilə həll olundu.Bu müharibədə millətimizin qəhrəman övladları öz qanlarından və canlarından keçdilər.Kitabxanaçı doğum günləri oktyabrda olan şəhidlər- Kəlbəliyev Səyavuş,Bayramov Ramin,Bədəlov Valeh,Rəşad Sadıqov,Əsgərov Samid,Piriyev Səttər və s.şəhidlərimizin həyatı və döyüş şücaətləri haqqında, ölümündən sonra Prezident İlham Əıiyevin sərəncamı ilə təltif olunduqları adlar, medal və ordenləri haqqında məlumat verdi.Sonra kitabxananın əməkdaşı iştirakçıları tədbirdə adı gedən şəhidlərimizə həsr olunmuş sərgi ilə tanış etdi.Tədbirin sonunda kitabxanaçı vurğuladı ki,bu gün biz gələcək nəsillərə nümunə olan şəhidlərimizin qarşısında baş əyirik.