Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunub

30.10.2022

 Mir Cəlal Paşayev Ev Muzeyinin əməkdaşları Məhəmməd Füzuli adına  22 nömrəli tam orta məktəbdə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş dəyirmi masa təşkil etdi. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Muzeyin Bələdçisi Dilbər Orucovanın  Xan qızının gözəl bir beytini səsləndirməsi ilə başladı. Daha sonra Muzeyin Elmi işçisi Bağırova Səadət Azərbaycanın tacı olan təməli Pənahəli xan  tərəfindən qoyulmuş Şuşa şəhərində 1932ci il 15 avqustda dünyaya göz açmış Mehdiqulu Xan Cavanşirin qızı Xurşidbanu Natəvanın həyatından, onun gördüyü xeyriyyə işlərindən, Şəhərə çəkdirdiyi su kanalından geniş mühazirə oxudu. Elmi işçi  Tağıyeva Ellada isə şairənin yaradıcılığından , onun qəzələrinə bəstələnmiş mahnılardan, xalq artisti Rauf Adıgözəlovun şairənin Qərənfil şerinə bəstələdiyi eyni adlı romansdan danışdı. Məktəbin 7-ci sinif şagirdləri Qurbanlı Bətul, Quliyeva Nəzrin, 5-ci şagirdi Quliyeva Aytac Xan qızından beytlər səsləndirdilər. Ruhun şad olsun Xan qızı, artıq doğulduğun torpaq mənfur düşmənin taptağından azaddır!

 

59 KB

 

57.2 KB